Füzulidən Şuşaya doğru: Beynəlxalq velosiped yarışı başladı - YENİLƏNİB

Füzulidən Şuşaya doğru: Beynəlxalq velosiped yarışı başladı - YENİLƏNİB

Hazırda oxunan: Füzulidən Şuşaya doğru: Beynəlxalq velosiped yarışı başladı - YENİLƏNİB

83137

“Əziz Şuşa” beynəlxalq velosiped yarışında II mərhələ başlayıb.

Bizim.Media xəbər verir ki, bu mərhələ Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək.

Şuşadakı ilk beynəlxalq turniri gənclər və idman naziri Fərid Qayıbov, Müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev də izləyir.

Veloturda 8 ölkədən 13 komanda iştirak edir.

Qeyd edək ki, Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun velosipedçisi Elçin Əsədov "Əziz Şuşa" beynəlxalq turnirinin Bakıda keçirilən ilk mərhələsində qalib olub.

*** 08:12


Bu gün “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi keçiriləcək.

Bizim.Media xəbər verir ki, ikinci mərhələ Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək.

İdmançılar bu mərhələdə 71 kilometr məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.

Qeyd edək ki, idmançılar birinci mərhələdə şose velosipedinin fərdi ötüşmə növündə 21 kilometr məsafədə mübarizə aparıblar. Bu növ üzrə ən yüksək nəticəni Türkiyənin “Sakarya BB Pro Team” klubunda çıxış edən Azərbaycanın elit milli komandasının kapitanı Elçin Əsədov qazanıb.

Milli komandamızın digər üzvü Musa Mikayılzadə gümüş, Rumıniyanın “CSA Steaua Cycling Team” komandasının üzvü Sergey Tsvetkov isə bürünc medala layiq görülüblər.

Xatırladaq ki, yarışda Türkiyə, Böyük Britaniya, Rumıniya, Gürcüstan, Monqolustan, Tacikistan, Özbəkistan və Azərbaycan komandaları mübarizə aparırlar. Ölkəmizi isə elit, həmçinin gənclərdən ibarət milli komandalarımız, MSN və “Triterra” klubları təmsil edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO