Millimizin dünya çempionatındakı RƏQİBLƏRİ MÜƏYYƏNLƏŞDİ 

Millimizin dünya çempionatındakı RƏQİBLƏRİ MÜƏYYƏNLƏŞDİ 

Hazırda oxunan: Millimizin dünya çempionatındakı RƏQİBLƏRİ MÜƏYYƏNLƏŞDİ 

82805

Futzal üzrə DÇ-2024-ün Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə Azərbaycan millisinin də rəqiblərinin adına aydınlıq gəlib. 

Joze Alesio Da Silvanın başçılıq etdiyi komanda 6-cı qrupda yer alıb. Millimiz Polşa və Yunanıstanla mübarizə aparacaq. 

Seçmə mərhələnin matçları bu il 12-21 sentyabr, 3-12 oktyabr, 6-9 noyabr və 2023-cü il 27 fevral–8 mart tarixlərində oynanılacaq. 

Qeyd edək ki, əsas mərhələdə yarışacaq 36 komanda hər birində 3 iştirakçı olmaq 12 qrupda mübarizə aparacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibləri və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit-raunda yüksələcək.
Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra - 10 - 19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO