Üzgüçümüz Avropa çempionatında finala yüksəldi

Üzgüçümüz Avropa çempionatında finala yüksəldi

Hazırda oxunan: Üzgüçümüz Avropa çempionatında finala yüksəldi

82516

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında finala vəsiqə qazanıb. 

Federasiyanın Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, 18 yaşlı idmançı yarımfinalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub. 

Vəlizadə finişə 1 dəqiqə 58,93 saniyəyə çatıb. 

Qeyd edək ki, Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov bu gün mübarizəyə start verəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO