\

\"Qarabağ\" bu gün Çempionlar Liqasında MÜBARİZƏYƏ başlayır

Hazırda oxunan: \"Qarabağ\" bu gün Çempionlar Liqasında MÜBARİZƏYƏ başlayır

82307

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, "köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Polşa "Lex"inin qonağı olacaq. Poznan şəhərindəki eyniadlı stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edəcək.

Oyun öncəsi Ağdam təmsilçisinin heyətində itki yoxdur. Meydan sahiblərindən isə 2 futbolçu oyunu buraxacaq. Polşalı müdafiəçi Bartoş Salamon zədə səbəbindən, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün meydana çıxmayacaqlar.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

5 iyul

22:00.
"Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Xose Luis Munuera

Poznan, "Poznan" stadionu.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO