“IronWind 70.3” turnirinin qalibləri mükafatlandırıldı - ADLAR

“IronWind 70.3” turnirinin qalibləri mükafatlandırıldı - ADLAR

Hazırda oxunan: “IronWind 70.3” turnirinin qalibləri mükafatlandırıldı - ADLAR

82112

İyulun 3-də Pirallahı adasında yerləşən Nərəkənd parkının ərazisində “IronWind 70.3” turniri təşkil olunub.

Bizim.Media xəbər verir ki, yarış “Triterra Baku” triatlon klubunun təşkilatçılığı, Azərbaycan Triatlon Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.

Doxsan iştirakçının mübarizə apardığı yarış 3 mərhələdən ibarət olub. İdmançılar əvvəlcə 1,9 kilometr məsafəyə üzüblər. Sonra idmançılar 90 kilometr məsafəyə velosiped sürüblər, sonda isə 21,1 kilometr qaçıblar. Turnir həm fərdi, həm də estafet formatında keçib.

Ukraynalı idmançı Daniil Sapunov birinci, “Triterra” klubunun baş məşqçisi Aleksandr Mordasov ikinci, qazaxıstanlı Aleksey Sidorenko isə üçüncü olublar.

Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, qazaxıstanlı idmançılar Dina Şaimerdenova, Aynur Kumarova və Azərbaycanın ilk və yeganə “İron Womanı” idmançısı Rəbiyyə Orucova tutublar.

Müxtəlif nominasiyalar və yaş kateqoriyaları üzrə qaliblər də müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO