\

\"Qarabağ\" bu gün Avstriyada iki oyuna çıxacaq

Hazırda oxunan: \"Qarabağ\" bu gün Avstriyada iki oyuna çıxacaq

81492

Çempionlar Liqasına Avstriyada hazırlaşan "Qarabağ" bu gün iki yoxlama matçı keçirəcək. 

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun komandası günün ilk oyununda Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Holştayn Kiel"lə üz-üzə gələcək.  

"St. Ulrix" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. 

İkinci rəqib isə Rumıniyanın yüksək liqa təmsilçisi “Universitatya Krayova” olacaq.  

"Yenbax" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Bu, "Qarabağ"ın Avstriya toplanışında sonuncu matçı olacaq. 

Qeyd edək ki, Ağdam klubu ilk yoxlama oyununda "Botoşani"ni (Rumıniya) 4 cavabsız qolla məğlub edib. 

29 iyun 

Yoxlama oyunları 

14:00. "Qarabağ" - "Holştayn Kiel" (Almaniya) 

"St. Ulrix" stadionu 

20:30. "Qarabağ" - “Universitatya Krayova” (Rumıniya) 

"Yenbax" stadionu

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO