İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb.
Bizim.Media xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə başlayıb.
Onlardan yalnız ikisi - 55 kq-da Nihad Quluzadə və 87 kq-da Laçın Vəliyev yarımfinala yüksəliblər. İdmançılar finala gedən yolda müvafiq olaraq, almaniyalı Georgios Skarpello və ermənistanlı Vigen Nazaryanla qarşılaşacaqlar.
63 kq-da Ziya Babaşovun təsnifatda uduzduğu ukraynalı Oleq Xalilov və Heybulla Qıstarovun 1/4 finalda məğlub olduğu macarıstanlı Adolf Başo finala adlayacağı halda, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərə qatılmaq hüququ qazanacaqlar.
77 kq-dakı Xasay Həsənli isə mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, yarımfinal görüşlər Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:26 / 27.06.2022
Güləşçimiz yarımfinalda erməni ilə görüşəcək - Avropa çempionatı
Hazırda oxunan: Güləşçimiz yarımfinalda erməni ilə görüşəcək - Avropa çempionatı
Hazırda oxunan: Güləşçimiz yarımfinalda erməni ilə görüşəcək - Avropa çempionatı
81191
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.