\

\"Qarabağ\" - \"Lex\": Cavab matçının hakimləri məlum oldu

Hazırda oxunan: \"Qarabağ\" - \"Lex\": Cavab matçının hakimləri məlum oldu

81169

Bakıda "Qarabağ" və Polşa "Lex"i arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa hakim təyinatları açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında yerləşdirilib. 

Bildirilib ki, matçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Endryu Medli olacaq. Ona Daniel Kuk və Harri Leonard köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını isə Simon Huper yerinə yetirəcək. 

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun isə iyulun 5-də Poznanda baş tutacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO