Üzgüçülərimiz dünya çempionatında mübarizəyə başlayır

Üzgüçülərimiz dünya çempionatında mübarizəyə başlayır

Hazırda oxunan: Üzgüçülərimiz dünya çempionatında mübarizəyə başlayır

80058

Azərbaycan üzgüçüləri Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunan dünya çempionatında bu gün mübarizəyə başlayacaq. 

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Vəlizadə 200 metr məsafəyə, Şeyxəlizadəxangah isə 50 metr məsafəyə batterflay üsulunda qüvvəsini sınayacaq.

Onlar müvafiq olaraq, iyunun 20-də və 23-də mübarizə aparacaqlar. Bu üsulda hər iki idmançının B lisenziyası var. 
Yarış öncəsi milli komanda baş məşqçi Rəşad Əbdürəhmanovun rəhbərliyi altında Macarıstanın Qyor şəhərində yerli yığma ilə birgə təlim məşq toplanışına qatılıb.

Üzgüçülər hazırlıq zamanı Yeniyetmələrin Avropa Olimpiya Festivalına və Rumıniyada keçiriləcək gənclər arasında Avropa çempionatına hazırlaşan digər komandalarla birgə gərgin məşqlərdə də öz bacarıqlarını artırıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO