Azərbaycan qılıncoynatma üzrə Avropa Çempionatında qızıl medal qazandı - 1999-cu ildən bəri İLK DƏFƏ

Azərbaycan qılıncoynatma üzrə Avropa Çempionatında qızıl medal qazandı - 1999-cu ildən bəri İLK DƏFƏ

Hazırda oxunan: Azərbaycan qılıncoynatma üzrə Avropa Çempionatında qızıl medal qazandı - 1999-cu ildən bəri İLK DƏFƏ

79993

Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə Avropa çempionatı keçirilir.

Bizim.Media xəbər verir ki, bu gün qılıncoynatma yarışında Azərbaycan təmsilçisi Anna Başta qızıl medal qazanıb.

Ölkəmiz 1999-cu ildən bəri ilk dəfə böyüklər arasında qitə birinciliyində medal əldə edib. 23 il əvvəl Yelena Jemayeva Avropa çempionu olub.

Qrup mərhələsində Başta beş qələbə qazanaraq 1/16 finala yüksəlib. Burada o, rumıniyalı Sabina Martisə qalib gəlib - 15:8. 1/8 finalda Anna komanda yoldaşı Polina Kasperoviçi məğlub edib - 15:14.

Azərbaycan idmançısı 1/4 finalda olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu ukraynalı Olqa Xarlan üzərində eyni hesabla qalib gəlib.

Növbəti rəqib Annanın nisbətən rahat keçdiyi polşalı Susanna Sislar olub - 15:6.

Nəhayət, finalda qılıncoynadanımız italiyalı Rossella Qriqorio ilə üz-üzə gəlib. Burada Anna Başta 15:9 hesabı ilə qalib gələrək Avropa çempionu olub.

Polina Kasperoviç 10-cu yerdə qərarlaşıb. Digər qılıncoynadanlarımız - Səbinə Kərimova və Valeriya Bolşakova müvafiq olaraq 13-cü və 43-cü yerləri tutublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO