3 Azərbaycan karateçisi Praqada Avropa çempionu oldu - YENİLƏNİB

3 Azərbaycan karateçisi Praqada Avropa çempionu oldu - YENİLƏNİB

Hazırda oxunan: 3 Azərbaycan karateçisi Praqada Avropa çempionu oldu - YENİLƏNİB

79982

Hüseyn Məmmədli 21 yaşa qədər 67 kq çəki dərəcəsində yarışın finalında belçikalıya qalib gələrək qızıl medal qazanıb. Bundan əvvəl o, Sloveniya, Çexiya, Rumıniya və Ukraynadan olan rəqiblərini məğlub edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandası Praqada üç qızıl və iki bürünc medal qazanıb.

* * * 17:10

Vahid Həsənov Avropa çempionu adını qazanıb. 16-17 yaşlı idmançılar arasında 76 kq-dan yuxarı çəki dərəcəsində o, İrlandiya, Şimali Makedoniya, Kipr, Türkiyə və Monteneqrodan olan karateçilərdən üstün olub.

Bizim.Media xəbər verir ki, qarşıda 67 kq çəkidə 18-21 yaşlı idmançıların yarışında Hüseyn Məmmədlinin finalı var.

Hazırda Azərbaycanın iki qızıl və iki bürünc medalı var.

* * * 15:34

Azərbaycanlı karateçi Raqib Əzim Praqada keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.

Gənclərin (14-15 yaş) yarışında 70 kq-dan yuxarı çəki dərəcəsində Rahib növbə ilə Bolqarıstan, Monteneqro, İsrail, Fransa və Lüksemburqdan olan rəqiblərini məğlub edərək qızıl medalın sahibi olub.

Bizim.Media xəbər verir ki, eyni yaş kateqoriyasında Fatimə Məmmədova (47 kq) və Aslan Dostuyev (57 kq) bürünc medal qazanıblar.

Bu gün Vahid Həsənov (16-17 yaş) və Hüseyn Məmmədli (18-21 yaş) da qızıl uğrunda mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO