Ermənilərə qalib gələn boksçularımız FİNALDADIR

Ermənilərə qalib gələn boksçularımız FİNALDADIR

Hazırda oxunan: Ermənilərə qalib gələn boksçularımız FİNALDADIR

79885

Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi keçirilən beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb. Finala gedən yolda Azərbaycan millisinin 10 boksçusu rinqə çıxıb.

Bizim.Media xəbər verir ki, onlardan 7-si çıxışını qələbə ilə başa vuraraq həlledici döyüşə vəsiqə qazanıb.

Boksçularımızdan Tural Sarıyevlə (51 kq) Rza Rzazadə (75 kq) yarımfinalda ermənistanlı rəqiblərini məğlub edib. Təmsilçilərimiz müvafiq olaraq Tumas Tomasyan və Alik Ovanisyana qalib gəlib.

Səbuhi Əlizadə (+92 kq) qazaxıstanlı Elnar Absadukovu məğlub edib. Millimizin digər üzvləri Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq) və Taci Tağızadə (60 kq) isə gürcüstanlı boksçulardan üstün olub.

Onlar müvafiq olaraq Bezhan Kobiaşvili, Oruc Əhmədov, Paata Mqebrişvili və Luka Xatiaşvili üzərində qələbə qazanıblar.

Yarımfinalda məğlub olan Sənan Hətəmov (71 kq), Aslan Mövsümov (86 kq) və Rəşid Məmmədov (92 kq) bürünc medalla kifayətləniblər. Turnirdə final döyüşləri iyunun 19-da olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO