Cüdoçumuz nüfuzlu beynəlxalq mükafata layiq görüldü - FOTO

Cüdoçumuz nüfuzlu beynəlxalq mükafata layiq görüldü - FOTO

Hazırda oxunan: Cüdoçumuz nüfuzlu beynəlxalq mükafata layiq görüldü - FOTO

79876

Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin növbəti Baş Assambleyası keçirilir.

Azərbaycan Cüdo Federasiyasından Bizim.Media-ya bildiriblər ki, tədbir çərçivəsində komitənin təsis etdiyi nüfuzlu “Fair play” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Mükafatlandırma mərasimində Azərbaycanın böyüklərdən ibarət milli komandasının üzvü Səid Mollayiyə olimpiya hərəkatının banisi Pyer de Kuberten adına təsis edilmiş “Fair play” mükafatı təqdim edilib.

Qeyd edək ki, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin məqsədi ədalətli oyunların bütün dünyada müdafiəsi və təşviqidir. Ədalətli rəqabət, hörmət, dostluq, komanda ruhu, bərabərlik, həmrəylik, qayğıkeşlik, dözümlülük ədalətli oyunların təməlində duran dəyərlərdir.

Mükafatlandırma mərasimi zamanı qeyd edilib ki, Səid Mollayi bu dəyərləri mənimsəməklə yanaşı, bütün karyerası boyu ədalətli oyun ruhunu nümayiş etdirən və tək cüdo üzrə deyil, bütün idman növləri üzrə idmançılara nümunə olan atletdir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO