Teymur Rəcəbov iddiaçılar turnirində mübarizəyə başlayır 

Teymur Rəcəbov iddiaçılar turnirində mübarizəyə başlayır 

Hazırda oxunan: Teymur Rəcəbov iddiaçılar turnirində mübarizəyə başlayır 

79752

Bu gün İspaniyanın paytaxtı Madriddə dünya şahmat tacına İddiaçılar Turniri start götürür. 

Bizim.Media xəbər verir ki, yarışda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov da iştirak edəcək. 

Şahmatçımızın birinci turda rəqibi Fransanı təmsil edən Əlirza Firuzca olacaq. 

Turun digər oyunlarında çinli Liren Dinq Yan Nepomnyaşi (FİDE), polşalı Yan-Kşıştof Duda macarıstanlı Riçard Rapport, ABŞ təmsilçisi Fabiano Karuana həmyerlisi Hikaru Nakamura ilə qarşılaşacaq. 

Xatırladaq ki, 2019-cu ildə keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu yarışda iştirakı alınmamışdı.

Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO