Qadın güləşçimiz Avropa çempionu oldu

Qadın güləşçimiz Avropa çempionu oldu

Hazırda oxunan: Qadın güləşçimiz Avropa çempionu oldu

79606

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, yarışın 3-cü günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

A qrupunda yer alan Elvina Kərimzadə ilk görüşdə ukraynalı Anastasiya Polskaya məğlub olsa da, bolqar Azra Azisova Mustafovaya və rumıniyalı Elvira Draqana tam üstünlüklə qalib gəlib.

Qrup 2-cisi kimi yarımfinala yüksələn güləşçimiz bu mərhələdə alman Jozefin Vrenşdən də güclü olub - 4:0. Həlledici görüşdə yenidən Polskayla üz-üzə gələn Elvina yenə rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib. 

Ruzanna Məmmədova (49 kq) ispan Kandela Giraldes Markeslə ruminiyalı Ana Mariya Rotaruya "tuşe" ilə qalib gələrək adını yarımfinala yazdırıb. Türkiyəli Şevval Çayırı 8:5 hesabıyla üstələyən Məmmədova finala vəsiqə qazanıb. Ruzanna son qarşılaşmada italiyalı Fabiana Rinellanı "tuşe" ilə məğlub edərək Avropa çempionu olub.

Günay Qurbanova (57 kq) startda rumıniyalı Florentina Georgiana Mantoqu "tuşe" ilə üstələsə də, 1/4 finalda türkiyəli Tuba Demirə müqavimət göstərə bilməyib. Qurbanova təsəlliverici görüşdə isə alman Naemi Leiştnerə uduzub. 
Fatimə İsayeva (65 kq) 1/8 finalda almaniyalı Kassidi Rixterlə bacarmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO