Konfrans Liqasında yeni mövsümünün ilk püşkü atılır - KOMANDALAR

Konfrans Liqasında yeni mövsümünün ilk püşkü atılır - KOMANDALAR

Hazırda oxunan: Konfrans Liqasında yeni mövsümünün ilk püşkü atılır - KOMANDALAR

79123

Bu gün UEFA Konfrans Liqasında 2022/2023 mövsümünün ilk püşkü atılacaq.

Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə I təsnifat mərhələsinin cütlükləri müəyyənləşəcək. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Bu mərhələdə iştirak edəcək 60 komanda püşkatmadan öncə 6 qrupa bölünüb. Hər qrupda səpələnmişlər və səpələnməmişlər olmaqla, 10 kollektiv yer alıb.

I təsnifat mərhələsi

1-ci qrup

Səpələnmişlər:

"Dinamo" (Tbilisi, Gürcüstan), "Alaşkert" (Ermənistan), "Drita" (Kosovo), "Lexiya" (Polşa), "Milsami" (Moldova)

Səpələnməmişlər

"İnter" (Finlandiya), "Panevejis" (Litva), "Payde" (Estoniya), "Pandev Akademiyası"(Makedoniya), "Hamrun Spartans" (Malta)

2-ci qrup

Səpələnmişlər:

"KuPS" (Finlandiya), "Laçi" (Albaniya), "Mura" (Sloveniya), "Liepaya" (Latviya), "Jalgiris" (Litva)

Səpələnməmişlər

"Sfıntul George" (Moldova), "Rujomberok" (Slovakiya), "Dila" (Gürcüstan), "Gilyani" (Kosovo), "İskra" (Monteneqro)

3-cü qrup

Səpələnmişlər:

"Olimpiya" (Lyublyana, Sloveniya), "Buduçnost" (Monteneqro), "B-36 Torşavn" (Farer adaları), "Qzira Yunayted (Malta), "Sent-Cozefs" (Cəbəllütariq)

Səpələnməmişlər:

"Borats" (Bosniya və Herseqovina), "Larn" (Şimali İrlandiya), "Differdanj" (Lüksemburq), "Atletik" (Andorra), "Lapi" (Kosovo)

4-cü qrup

Səpələnmişlər:

"Bala-Taun" (Uels), "Breydablik" (İslandiya), "Europa" (Cəbəllütariq), “Dunayska Streda” (Slovakiya), "Fola" (Lüksemburq)

Səpələnməmişlər:

"Víkinqur" (Farer adaları), "Tre Fyori" (San Marino), "Slayqo Rovers" (İrlanidya), "Kliftonvill" (Şimali İrlandiya), "Santa-Koloma" (Andorra)

5-ci qrup

Səpələnmişlər:

"Şkendiya" (Şimali Makedoniya), "Dinamo" (Minsk, Belarus), "Partizani" (Albaniya), "Tre Penne" (San Marino), "Petrokub" (Moldova)

Səpələnməmişlər:

"Saburtalo" (Gürcüstan), "Floriana" (Malta), "Ararat" (Ermənistan), "Tuzla Siti" (Bosniya və Herseqovina), "Deçiç" (Monteneqro)

6-cı qrup

Səpələnmişlər:

"Flora" (Estoniya), "Poqon" (Polşa), "Kruseyders" (Şimali İrlandiya), "HB Torşavn" (Farer adaları), "Riga" (Latviya)

Səpələnməmişlər:

"Bruno S Meqpays" (Cəbəllütariq), "Derri Siti" (İrlandiya), "Seynyayoki" (Finlandiya), "Nyutaun" (Uels), "Reykyavik" (İslandiya)

Qeyd edək ki, Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 7-si və 14-də keçiriləcək. Azərbaycanı təmsil edəcək "Neftçi", "Zirə" və "Qəbələ" komandaları mübarizəyə II təsnifat mərhələsindən qoşulacaqlar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO