Həbib rinqə qayıdır - Döyüşün vaxtı açıqlandı

Həbib rinqə qayıdır - Döyüşün vaxtı açıqlandı

Hazırda oxunan: Həbib rinqə qayıdır - Döyüşün vaxtı açıqlandı

78943

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov 2019-cu ilin sentyabrında titulunu qorumaq üçün döyüşə çıxacaq.

 

Milli.Az xəbər verir ki, bu barədə MMA News portalına UFC prezidenti Deyn Uayt məlumat verib.

 

Rusiyalı döyüşçü 2018-ci ilin aprel ayında amerikalı El Yakvintaya qalib gələrək UFC çempionu olub. Oktyabr ayında isə titul müdafiə döyüşündə irlandiyalı idmançı Konor Makqreqoru dördüncü raundda boğucu fəndlə məğlub edib.

 

Döyüşdən sonra idmançıların iştirakı ilə kütləvi qarışıqlıq baş verib. Buna görə, Nevada ştatının Atletik komissiyası Həbibi 10 aylıq bütün yarışlardan uzaqlaşdırdı və 500 min dollar cərimələdi. Diskvalifikasiya 6 iyulda başa çatacaq. O, bundan sonra döyüşlərə çıxa biləcək.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO