7 qat Formula 1 çempionu, “Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hamilton 4-cü yeri tutduğu Azərbaycan Qran Prisində şiddətli ağrılar keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Autosport nəşrinə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Azərbaycan Qran Prisi zamanı avtomobilinin sıçraması ilə bağlı yaşadığı xoşagəlməz anları sözlə ifadə edə bilmir. Hamilton yalnız finiş xəttinə çatanda özünü rahat hiss edib.
Mənbə yazır ki, Hamilton və onun komanda yoldaşı Corc Russell məşqdən və sıralamadan sonra bel ağrısından şikayətləniblər.
7 qat dünya çempionu radio əlaqə zamanı bel ağrılarından şikayətlənib və Mercedes komandasının rəhbəri Toto Volf avtomobilin sıçraması probleminə görə ondan üzr istəyib.
Yarışdan sonra maşınından çətinliklə düşən Hamilton “Bu yarışın tez bitməsi üçün dua etdim” sözlərini deyib.
3-cü yerin sahibi Corc Russell komanda yoldaşının fikirlərini təkrarlayıb:
“Yarışın başa çatması məni çox sevindirdi”.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:31 / 12.06.2022
Britaniyalı pilot Azərbaycan Qran Prisində keçirdiyi şiddətli ağrılardan danışdı
Hazırda oxunan: Britaniyalı pilot Azərbaycan Qran Prisində keçirdiyi şiddətli ağrılardan danışdı
Hazırda oxunan: Britaniyalı pilot Azərbaycan Qran Prisində keçirdiyi şiddətli ağrılardan danışdı
78923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.