Əfsanəvi qanalı futbolçu Maykl Essyen “Sabah”ın akademiyasının qonağı olub.
Bizim.Media saytının məlumatına görə, ulduz futbolçu paytaxt təmsilçisinin U-10 və U-12 komandalarının Bakı Olimpiya Stadionunda keçirilən məşqinə gələrək, azyaşlı futbolçularıa sürpriz edib.
Görüş zamanı Essyen akademiyanın üzvlərinin suallarını cavablandırıb, onlara futbolda uğur qazanmaq üçün öz məsləhətlərini verib.
Daha sonra azyaşlı futbolçularımız arasında əyləncəli yarış keçirilib. Yarışın qalibi olan akademiyanın 2 futbolçusuna Essyenin imzalı forması hədiyyə edilib.
Qeyd edək ki, Essyen 2019/2020 mövsümündə Bakının "Səbail" klubunun şərəfini qoruyub.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:32 / 11.06.2022
Əfsanəvi futbolçu Bakıya gəldi
Hazırda oxunan: Əfsanəvi futbolçu Bakıya gəldi
Hazırda oxunan: Əfsanəvi futbolçu Bakıya gəldi
78794
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.