O, dünyanın ən yüksək maaş alan baş məşqçisi olacaq

O, dünyanın ən yüksək maaş alan baş məşqçisi olacaq

Hazırda oxunan: O, dünyanın ən yüksək maaş alan baş məşqçisi olacaq

78655

Real" futbol klubunun keçmiş məşqçisi 49 yaşlı Zinəddin Zidanın yaxın gələcəkdə Paris Saint-Germain-in baş məşqçisi olacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.  

Mənbənin sözlərinə görə, 11 iyun tarixi “PSJ” ilə Zidan arasında danışıqlarda əsas rol oynayacaq.

Klubun fransız mütəxəssisinin qoyduğu bütün şərtləri yerinə yetirdiyi bildirilir. Zidan əvvəlcə komandanın idman komponentinə tam nəzarət edəcəyini bildirib. Baş məşqçi hücumçu Killian Mbappenin də klubda qalmasını istəyirdi.  

Mənbə bildirib ki, Zidan dünyanın ən çox maaş alan məşqçisi olacaq.  

Zidan 2016-2018-ci illərdə "Real Madrid"i çalışdırıb və 2019-cu ildə "Real Madrid"ə qayıdıb.  

Onun rəhbərliyi altında paytaxt klubu iki dəfə İspaniya çempionu (2016/17, 2019/20), iki dəfə ölkə Superkubokunun qalibi (2017, 2019/20), üç dəfə Çempionlar Liqasının qalibi (2015/16, 2016/17, 2017/18), iki dəfə UEFA Super Kubokunu (2016, 2017) və iki dəfə Klublararası Dünya Kubokunu (2016, 2017) qazanıb.  
Qeyd edək ki, oyunçu kimi Zidan 3 dəfə “FİFA” tərəfindən ilin ən yaxşı oyunçusu seçilib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO