Atıcılıq üzrə Dünya Kubokunun bugünkü finallarında 25 metr məsafəyə tapançadan cəld atəşaçma üzrə qarışıq komanda yarışında qızıl medalı Koreya komandası qazanıb. Yarışın həm gümüş, həm də bürünc medalına isə Ukrayna komandaları sahiblənib və Ukrayna hələlik 8 medalla Kubokda medal sayı ən çox olan ölkədir.
Bizim.Media xəbər verir ki, stend atıcılığının dairəvi növü üzrə qadınlar arasında qızıl medal uğrunda komanda yarışında Almaniya komandası qalib gəlib.
Gümüş medalı isə Amerika Birləşmiş Ştatlarının qadınları əldə edib. ABŞ kişi komandası eyni növdə yarışın qızıl medalına yiyələniblər.
Amma yarış zamanı idmançılar çətinlikləri də olduğunu deyiblər.
Kişilərin dairəvi stend növü üzrə yarışlarında qızıl medal qazanan amerikalı çempion Uinsen Hankok:
“Günəş batanda bir tərəfdə hava tam qaralmır - günəşin batışı sahəyə kölgə salır. Əsasən də 5-ci sahədə skitlərin çıxdığı blokların üzərinə kölgə düşür. Bu zaman mübarizə aparmaq çətinləşir. Amma bu, bizim mübarizə əzmimizi artırdı”.
Sabah Bakıda Dünya Kuboku yarışlarının son günüdür.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:26 / 05.06.2022
Bakı 2022 Dünya Kuboku: ABŞ bu gün 2 medal qazandı - FOTO
Hazırda oxunan: Bakı 2022 Dünya Kuboku: ABŞ bu gün 2 medal qazandı - FOTO
Hazırda oxunan: Bakı 2022 Dünya Kuboku: ABŞ bu gün 2 medal qazandı - FOTO
77809
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.