Bakı iranlılara düşərli oldu - FOTOLAR/YENİLƏNDİ

Hazırda oxunan: Bakı iranlılara düşərli oldu - FOTOLAR/YENİLƏNDİ

76985

Bakı 2022 Dünya Kubokunda bu gün tapançadan atəşaçma üzrə qadınların komanda yarışında koreyalılar tailandlıları önləyib.

Stend atıcılığının səngər növü üzrə qızıl medal uğrunda yarışda ABŞ komandasının qadınları avstraliyalıları udub, kişiləri isə küveytlilərə uduzub.

Dünya Kuboku uğrunda final yarışlar sabah stend atıcılığının səngər növündə qarışıq komanda üzrə davam edəcək.

16.15***

Bakıda keçirilən Dünya Kubokunda bu gün tüfəng atıcılığı üzrə kişilər arasında komanda yarışlarının finalı keçirilib. Koreya komandası 16:8 hesabı ilə Avstraliya komandasını geridə qoyub, qızıl medala yiyələnib. Bürünc medal uğrunda yarışda xorvatlar qələbə çalıb.

Bizim.Media xəbər verir ki, eyni növdə qadınlar arasında keçirilən yarışdan Hindistan komandası qalib çıxaraq, danimarkalıları 17:5 üstələyib və qızıl medal sahibi olub. Polşalı qadınlar bürünc medala yiyələniblər.

Tapançadan atəş üzrə kişilər arasında komanda yarışında qızıl medalı İran komandası İtaliyanı 16:10 hesabı ilə geridə qoyaraq əldə edib. Bürünc medalı almanlar qazanıb.

Qeyd edək ki, Beynəlxalq Atıcılıq İdman Federasiyasının Bakıda keçirilən Dünya Kuboku yarışları iyunun 7-dək davam edəcək.

*** 13.25

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO