Belarus millisi Millətlər Liqasının C Divizionunda Slovakiya, Azərbaycan və Qazaxıstanla keçiriləcək oyunlara ciddi itkilərlə çıxacaq.
Bizim.Media "Sport.ru" saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Georgi Kondratyev ötənilki heyətdən 11 futbolçunun yığmanın iyunda keçirəcəyi matçlara qatıla bilməyəcəyini açıqlayıb:
"Buna səbəb bəzilərinin zədə, bəzilərinin isə ailə məsələlərinə görə millinin düşərgəsinə gələ bilməməsidir. Bir neçə oyunçunun isə ağır mövsümdən sonra istirahətə ehtiyacı var idi”.
Qeyd edək ki, Belarus millisi yığmamızla iyunun 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda qarşılaşacaq. Komanda iyunun 13-də Bakıda yenidən millimizlə görüşəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
02:20 / 31.05.2022
Millimizin rəqibinin heyətində ciddi itkilər var
Hazırda oxunan: Millimizin rəqibinin heyətində ciddi itkilər var
Hazırda oxunan: Millimizin rəqibinin heyətində ciddi itkilər var
76889
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.