Millimizin yekun heyəti açıqlandı

Millimizin yekun heyəti açıqlandı

Hazırda oxunan: Millimizin yekun heyəti açıqlandı

76836

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Qazaxıstan, Belarus və Slovakiya yığmalarına qarşı keçirəcəyi C divizionun qrup oyunları üçün yekun heyəti açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yerləşdirilib. 

Bildirilib ki, baş məşqçi Canni De Byazi sözügedən matçlara hazırlıq məqsədilə təlim-məşq toplanışına 26 futbolçu dəvət edib. 

Milli komanda iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, 3 gün sonra isə Serbiyanın Novi Sad şəhərində Belarus seçməsinin qonağı olacaq. Yığma iyunun 10-da Slovakiyanı, 13-də isə Belarusu "Dalğa Arena"da qəbul edəcək. 

Qeyd edək ki, Canni De Byazi ilkin mərhələdə hazırlıq prosesinə 15 oyunçu çağırmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO