Karate komandamız Avropa çempionatında gümüş medal qazandı

Karate komandamız Avropa çempionatında gümüş medal qazandı

Hazırda oxunan: Karate komandamız Avropa çempionatında gümüş medal qazandı

76761

Türkiyənin Qaziantep şəhərində karate və parakarate üzrə Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, Azərbaycan komandası kumite yarışlarının finalında Fransa millisi ilə qarşılaşıb.

Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət milli komandamız Avropa ikincisi olub. Həlledici görüşdə komandamız rəqibinə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, daha əvvəl millimiz Kosovaya 3:1, Portuqaliyaya 2:0, yarımfinalda isə Yunanıstana 3:0 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO