Karateçilərimiz Avropa Çempionatında mübarizəyə başlayır

Karateçilərimiz Avropa Çempionatında mübarizəyə başlayır

Hazırda oxunan: Karateçilərimiz Avropa Çempionatında mübarizəyə başlayır

76239

Azərbaycanın daha 4 karateçisi bu gün Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatının fərdi yarışlarında mübarizəyə start verəcək. 

Bizim.Media xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Əminağa Quliyev 1/16 final mərhələsində polşalı Bartoş Voyçexovski ilə üz-üzə gələcək. 

67 kq-dakı Tural Ağalarzadə 1/32 finalda sloveniyalı Jaka Talerlə görüşəcək. 

Qadınların yarışında 50 kq-dakı İnci Əzizova 1/16 finalda latviyalı Aleksandra Mihailova ilə, 55 kq-dakı Mədinə Sadiqova isə eyni raundda slovakiyalı Hana Kuklova ilə qarşılaşacaq. 

Bu gün həmçinin Pənah Abdullayev, Rafiz Həsənov və Ayxan Mamayev də qüvvəsini sınayacaq.

Onlar Rafael Ağayev və Asiman Qurbanlı ilə birlikdə Azərbaycanın kumite komandasının tərkibində vuruşacaqlar. Yığma 1/8 finalda Sloveniya - Kosovo cütünün qalibi ilə üz-üzə gələcək. 
Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO