“Roma” futbolçuları Konfrans Liqasının ilk qalibi oldu – VİDEO

“Roma” futbolçuları Konfrans Liqasının ilk qalibi oldu – VİDEO

Hazırda oxunan: “Roma” futbolçuları Konfrans Liqasının ilk qalibi oldu – VİDEO

76215

UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

Bizim.Media xəbər verir ki, ilk dəfə təşkil olunan turnirin final oyunu Albaniyanın paytaxtı Tirana şəhərindəki Milli Arenada baş tutub.

Həlledici maçtda İtaliyanın “Roma” və Niderlandın “Feyenoord” klubları üz-üzə gəlib.

Oyun qarşılıqlı hücumlarla yadda qalıb.

Maçtda ilk qol 32-ci dəqiqədə “Feyenoord”un qapısına vurulub. Zaniolo “Roma”nı hesabda önə çıxarıb.

İlk hissə bu hesabla (1:0) başa çatsa da ikinci hissə Niderland təmsilçisini qarşılıqlı hücumları ilə yadda qalıb.

Bütün bunlara baxmayaraq, hesab dəyişməyib və İtaliyanın “Roma” klubu tarixi uğura imza ataraq ilk dəfə təşkil olunan turnirin kubokunu başı üzərinə qaldırıb.

 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO