Belarus millisi Azərbaycanla oyuna bu formada çıxacaq

Belarus millisi Azərbaycanla oyuna bu formada çıxacaq

Hazırda oxunan: Belarus millisi Azərbaycanla oyuna bu formada çıxacaq

75959

Futbol üzrə Belarus yığması UEFA Millətlər Liqasının oyunlarına yeni formalarla çıxacaq. 

Bizim.Media xəbər verir ki, yerli federasiya rəsmi “Twitter”də komandanın 2022 - 2026-cı illərdə istifadə edəcəyi geyim dəstlərini təqdim edib. 

Qeyd edək ki, Belarus seçməsi ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Slovakiyaya qarşı keçirəcək. 3 gün sonra həmin arenada Azərbaycan millisini qəbul edəcək kollektiv iyunun 10-da Qazaxıstanla qarşılaşacaq.

Komanda iyunun 13-də isə Bakıda yenidən Canni De Byazinin baş məşqçi olduğu yığma ilə üz-üzə gələcək. 

UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO