Şəhriyar növbəti görüşündə norveçli rəqibinə qarşı

Şəhriyar növbəti görüşündə norveçli rəqibinə qarşı

Hazırda oxunan: Şəhriyar növbəti görüşündə norveçli rəqibinə qarşı

75456

Azərbaycan qrossmeyseri Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirəcək. 

Bizim.Media xəbər verir ki, 37 yaşlı şahmatçı "Chessable Masters" adlanan turnirin IX turunda ağ fiqurlarla norveçli Aryan Tari ilə üz-üzə gələcək. 

Məmmədyarov X, XI və XII turlarda müvafiq olaraq isveçli Nils Qrandeliusla, hindistanlı Rameşbabu Praqqnanandha və digər hindistanlı rəqibi Pentala Harikrişna ilə qarşılaşacaq.  
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO