Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın 27-ci turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edilib.
Premyer Liqanın 27-ci turunun “Şamaxı” – “Qəbələ” oyununda qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Sabah” – “Sumqayıt” oyununda meydan sahiblərinin futbolçusu Amin Seydiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə, qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Sabah"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. “Sabah” – “Sumqayıt” oyununda hakimlər otağı isti suyu olan duş ilə təmin olunmadığı üçün meydan sahibi kluba xəbərdarlıq edilib.
“Sumqayıt”ın 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. “Zirə” – “Neftçi” oyununda qonaq komandanın 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:37 / 20.05.2022
AFFA bu klubları cərimələdi
Hazırda oxunan: AFFA bu klubları cərimələdi
Hazırda oxunan: AFFA bu klubları cərimələdi
75373
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.