"Mingəçevir"in matçlarına hazırlıq görülür -Stadionda təmir başladı - FOTO

Hazırda oxunan: "Mingəçevir"in matçlarına hazırlıq görülür -Stadionda təmir başladı - FOTO

75271

Mingəçevir şəhərində mərkəzi stadionun təmirinə start verilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, AFFA-nın qərarı ilə bu ildən "Mingəçevir" futbol klubu ölkə çempionatının birinci dəstəsində çıxış edəcək.

Bu səbəbdən şəhərin aidiyyati qurumlarının iştirakı ilə Yaşar Məmmədzadə adına 5200 yerlik şəhər stadionunun əsasll təmirinə başlanıllb.

Təmir işlərinə rəhbərlik edən bələdiyyə sədri Ramiz Əliyevin verdiyi məlumata görə, stadionun yenidən qurulmasında  şəhərin bir çox strukturları, iş adamları və hətta AFFA da iştirak edəcək.
Əsas məqsəd çempionat öncəsi stadionu hazır vəziyyətə gətirməkdir.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO