“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin edib - FOTO

“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin edib - FOTO

Hazırda oxunan: “GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin edib - FOTO

74700

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu - 2022” baş tutub. “Küləyə qalib gəl” şüarı altında sayca 5-ci dəfə keçirilən marafonun mühafizəsinin təmin edilməsində “GESCO” ASC şirkəti iştirak edib. 21 km məsafədə 15 min nəfərə yaxın iştirakçının yürüş etdiyi marafonun marşrutu üzrə ərazinin, o cümlədən iştirakçıların və vətəndaşların mühafizəsi digər qurumlarla koordinasiyalı şəkildə təmin edilib. 

Bizim.Media-nın məlumatına görə, tədbir çərçivəsində yarış zolağının və fan zonanın kritik infrastrukturunun mühafizəsi işi “GESCO” şirkətinin peşəkar şəxsi heyəti tərəfindən uğurlu şəkildə icra olunub.
 

MÖVZU İLƏ BAĞLI:

GESCO mühafizə şirkəti Bakıda AVRO-2020-nin mühafizəsini uğurla təmin etdi - FOTO - VİDEO


Şirkət əməkdaşları həmçinin marafonun sonunadək qonaqların, marafon iştirakçılarının və vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunmasında önəmli rol oynayıb. 

Qeyd edək ki, “Bakı marafonu - 2022” şirkətin idman sahəsində uğurla reallaşdırdığı ilk belə mötəbər tədbir deyil. Daha əvvəl də “UEFA AVRO - 2020” müsabiqəsinin Bakı şəhərində keçirilən 4 oyununun mühafizəsi şirkət tərəfindən təmin edilib.  
 

MÖVZU İLƏ BAĞLI:

16 illik təcrübənin yeni ünvanı - GESCO - FOTO


2005-ci ildən etibarən fəaliyyət göstərən “GESCO” şirkəti mühafizə sahəsində beynəlxalq standartlara uyğun xidmət təklif edir.

Fiziki mühafizə, video müşahidə, tədbir və obyektlərin mühafizəsinin təşkili, ətraf mühitin mühafizəsi və İT dəstəyi şirkətin əsas fəaliyyət istiqamətləri arasında yer alır. Şirkət tərəfindən bu günədək dövlət əhəmiyyətli obyektlərin, müxtəlif təhsil və tibb müəssisələrinin, bank və şirkətlərin, səfirliklərin mühafizəsi həyata keçirilib.  
Hazırda “GESCO” ASC peşəkar şəxsi heyət və müasir standartlara uyğun xidmətlə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən 160-dan çox tərəfdaş qurum və şirkətlə əməkdaşlıq edir.  

Bizim.Media















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO