Rəşad Sadıqov: “Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaq idi”

Rəşad Sadıqov: “Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaq idi”

Hazırda oxunan: Rəşad Sadıqov: “Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaq idi”

74465

Futbolçularımı təbrik edirəm. Vacib oyunda qələbə qazandıq. Konfrans Liqasına vəsiqəni təmin etmişik, amma üçüncülük uğrunda mübarizə davam edir.

Bizim.Media xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

Qırx dörd yaşlı mütəxəssis ilk hissədə üstün olduqlarını söyləyib:

“İkinci yarıda rəqib ərazi üstünlüyünə malik idi. "Sabah" komandası məğlub durumda olanda heç-heçə də bizə sərf edirdi. Bu zaman risk etdim və Ramin Əhmədovu meydana buraxdıq. Bu da uğurlu alındı. Həm rəqibin təzyiqinin qarşısını aldıq, həm də qələbə qolumuzu vurduq. Bizim üçün gərgin və maraqlı oyun oldu. Komanda böyümək istəyirsə, belə qələbələrə çox ehtiyac var. Hazırda “Şamaxı” ilə oyuna köklənmişik. Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaq idi. Amma şans varsa, bürünc medalı da əldə etməyə çalışacağıq.

R.Sadıqov baş məşqçi kimi avrokuboklarda debüt edəcəyini xatırladıb:

“Qarşıda oyunlarımız var. İndi 3-cü yeri tutmaq barədə düşünməliyik. Mövsümün sonunda bayram etməyə vaxtımız olacaq".

Baş məşqçi Ramin Əhmədova şans verməsinə də toxunub:

"Məşqlərdə özünü yaxşı göstərdi. Orta sahədə böyük rəqabət var. Bu gün risk edib onu meydana buraxdıq, bundan yaxşı istifadə etdi. O, buraya “Zaqatala”dan gəlib. Düşünürdüm ki, aşağı liqadan futbolçuları oynatmaq lazımdır. O vaxt fikirləşdiyim indi mənə qızıl xallar qazandırdı".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO