“GESCO”nun əməkdaşı karate üzrə çempionatın qalibi oldu - FOTO 

“GESCO”nun əməkdaşı karate üzrə çempionatın qalibi oldu - FOTO 

Hazırda oxunan: “GESCO”nun əməkdaşı karate üzrə çempionatın qalibi oldu - FOTO 

74223

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş VKC-növləri üzrə uşaqlar, yeniyetmələr və böyüklər arasında Azərbaycan Karate Federasiyası tərəfindən turnir təşkil edilib. 

Bizim.Media-ya verilən məlumata görə, “GESCO” mühafizə şirkətinin əməkdaşı Muradov Amid 62 kq çəki dərəcəsində 18 üstü (18+) yaş qrupunda 1-ci yeri tutaraq qızıl medal və diplomla təltif olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

16 illik təcrübənin yeni ünvanı - GESCO - FOTO


Qeyd edək ki, “GESCO” ASC fiziki mühafizənin təmin edilməsi prinsipini əsas alaraq müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. 

Şirkət, mühafizə xidmətinin təşkili sahəsində zəngin fəaliyyət təcrübəsi və 2400-dən artıq güvənilən və öz işinin peşəkarı olan heyətlə müxtəlif sahələri təmsil edən 160-dan çox tərəfdaş qurum və şirkətlərlə əməkdaşlıq edir. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO