2022 Formula 1 Azərbaycan Qran Prisinin Bakı küçələrinə qayıtmasına düz bir ay qalıb. 10-12 iyun tarixlərində həftəsonu keçiriləcək, F1-in ən həyəcanlı və gözlənilməz yarışına azarkeşləri qəbul edəcək Bakı Şəhər Halqası sonuncu hazırlıqlarını tamamlayır.
Bizim.Media xəbər verir ki, Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov çoxdandır gözlənilən F1-in Bakıya “tam” qayıtması ilə bağlı fikirlərini bölüşüb:
“Bütün biletlərin alınacağına ümid edir, izdihamı qarşılamağa səbrsizlənirik. Beş yarışda beş fərqli qalibimizin olması çox gözəldir. Formula 1 azarkeşləri bu yarışı qaçırmamalıdır. Mövsümün ən gözlənilməz yarışı onu çox həyəcanlı edir!”.
Xatırladaq ki, təqvimə əsasən Formula 1 üzrə Azərbaycan Qran Prisi 2022-ci il iyunun 12-si baş tutacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:16 / 12.05.2022
Formula 1 Azərbaycan Qran Prisinə gerisayım BAŞLADI
Hazırda oxunan: Formula 1 Azərbaycan Qran Prisinə gerisayım BAŞLADI
Hazırda oxunan: Formula 1 Azərbaycan Qran Prisinə gerisayım BAŞLADI
73963
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.