Elmar Qasımov: “İstəyirəm ki, Şuşada idman yarışları keçirilsin”

Elmar Qasımov: “İstəyirəm ki, Şuşada idman yarışları keçirilsin”

Hazırda oxunan: Elmar Qasımov: “İstəyirəm ki, Şuşada idman yarışları keçirilsin”

73361

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı hər şey yüksək səviyyədə təşkil edilib. Festivalda iştirak etməkdən çox sevincliyəm.

Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində cüdoçu Elmar Qasımov söyləyib.

“Təəssüflər olsun, belə füsunkar təbiəti olan bu ərazilər 30 ilə yaxın erməni işğalında olub. Bu müddətdə ərzində buraları görmək bütün gənclər kimi mənə də nəsib olmayıb. Çox sevinirik, artıq bu torpaqlar düşmən tapdağından azad olunub. Buraların gözəl, unikal təbiəti var. Festivalda təqdim olunan təamlar çox xoşuma gəldi.

Bunları yüksək peşəkar aşpazlar tərəfindən hazırlanıb. İnanıram ki, burada iştirak edən xarici qonaqlar da öz ölkələrinə xoş təəssüratlarla qayıdacaqlar. Burada tezliklə belə beynəlxalq festivallarla yanaşı, idman yarışlarının da keçirilməsini arzulayıram”, - deyə cüdoçu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO