Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə etdi

Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə etdi

Hazırda oxunan: Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə etdi

73346

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdəki "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın dördüncü turunda ağ fiqurlarla Boqdan Danyel-Dayakla (Rumıniya) üz-üzə gəlib.

Tərəflər 40-cı gedişdə sülhə razılaşıblar.

Məmmədyarov ilk turda Uesli Soya (ABŞ) uduzub, ikinci və üçüncü qarşılaşmasında isə müvafiq olaraq, Riçard Rapport (Macarıstan) və Maksim Vaşye-Laqravla (Fransa) heç-heçə edib.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO