“Prezident Kuboku-2022” atəşfəşanlıqla sona çatdı

“Prezident Kuboku-2022” atəşfəşanlıqla sona çatdı

Hazırda oxunan: “Prezident Kuboku-2022” atəşfəşanlıqla sona çatdı

73273

Bu gün Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının bağlanış mərasimi olub.

Bizim.Media xəbər verir ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşki olunan tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou təqdim edilib.

Sonra flaybordların möhtəşəm çıxışı şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Onlar tərəfindən iri  Azərbaycan bayrağı səmada dalğalandırılıb.

Konsert proqramı ilə davam edən tədbirə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Qeyd edək ki, iki gün davam edən reqatada Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparıb.

Azərbaycan milli komandası reqatada 9 qızıl, 12 gümüş və 12 bürünc medal əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO