Bu gün Çempionlar Liqasında 2-ci finalçı bəlli olacaq

Bu gün Çempionlar Liqasında 2-ci finalçı bəlli olacaq

Hazırda oxunan: Bu gün Çempionlar Liqasında 2-ci finalçı bəlli olacaq

72629

Bu gün UEFA Çempionlar Liqasında növbəti finalçının adına aydınlıq gələcək.

Bizim.Media xəbər verir ki, İspaniya "Real Madrid"i yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək. "Santyaqo Bernabeu" stadionundakı matçın baş hakimi italiyalı Daniele Orsato olacaq.

"Kral klubu"ndan Eden Azar zədə səbəbindən görüşü buraxacaq. David Alaba və Qaret Beylin meydana çıxması sual altındadır. Qonaqlardan isə Con Stounz zədəli olduğu üçün oynamayacaq. Kayl Uokerin matçda iştirak edib-etməyəcəyi bəlli deyil.

Komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb. Cütün qalibi finalda İngiltərə "Liverpul"u ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinalın digər cavab oyununda "Liverpul"u İspaniyada "Vilyarreal"a 3:2 hesabı ilə qalib gəlib. İngiltərə təmsilçisi öz meydanında da 2:0 hesablı qələbə qazandığı üçün finala adlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO