Qarabağda keçiriləcək ilk beynəlxalq yarışa bu ölkələr qatılacaq – SİYAHI

Qarabağda keçiriləcək ilk beynəlxalq yarışa bu ölkələr qatılacaq – SİYAHI

Hazırda oxunan: Qarabağda keçiriləcək ilk beynəlxalq yarışa bu ölkələr qatılacaq – SİYAHI

72519

İşğaldan azad olunmuş Qarabağ ərazisində ilk beynəlxalq yarış keçiriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin 99 illiyi münasibəti ilə keçirdiyi beynəlxalq turnir Tərtər rayonunun Suvoquşan kəndində və Mingəçevir şəhərində baş tutacaq.

“Prezident kuboku-2022” adlandırılan yarışda Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, Moldova, Türkiyə və Özbəkistan atletləri öz məharətini göstərməyə çalışacaq.

Mayın 5-də komandalar Mingəçevirin mərkəzi küçəsində rəsmi keçid edəcək. Növbəti gün Suqovuşanda kayak və kanoe üzrə, mayın 7-də isə Mingəçevirdə akademik avarçəkmə üzrə yarışlar keçiriləcək.
Həmin günün sonunda “flyboard show” (su üzərində şou-proqram) və atəşfəşanlıq baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO