Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə qazandıqları medalların sayını 5-ə çatdırıb.
Federasiyanın Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yarışın üçüncü günündə Ramil Vəlizadə 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə bürünc medal qazanıb. O, məsafəni 54,52 saniyəyə qət edib.
Məryəm Şeyxəlizadəxangah isə həmin növdə finişə 1 dəqiqə 2,25 saniyəyə çatmaqla üçüncü olub.
Qeyd edək ki, Vəlizadə daha əvvəl 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə gümüş, Şeyxəlizadəxangah isə 50 mert məsafəyə sərbəst və batterflay üsulu ilə mübarizədə bürünc medallara sahib çıxıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:48 / 02.05.2022
Üzgüçülərimiz beynəlxalq turnirdə beşinci medalını qazandı - FOTO
Hazırda oxunan: Üzgüçülərimiz beynəlxalq turnirdə beşinci medalını qazandı - FOTO
Hazırda oxunan: Üzgüçülərimiz beynəlxalq turnirdə beşinci medalını qazandı - FOTO
72378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.