"Barselona"nın futbolçusu yeni rekorda imza atıb

Hazırda oxunan: "Barselona"nın futbolçusu yeni rekorda imza atıb

72362

İspaniyanın "Barselona" klubunun futbolçusu Xordi Alba yeni rekorda imza atıb.

Bizim.Media "Opta" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı oyunçu buna "Malyorka"ya 2:1 hesabı ilə qalib gəldikləri La Liqanın XXXIV tur oyununda nail olub.

Komandasının ilk qolunda məhsuldar ötürmə ilə yadda qalan təcrübəli müdafiəçi cari mövsüm 9-cu asistini edib.

Bu, son 10 ildə Kataloniya təmsilçisinin arxa xətt oyunçuları üçün rekord göstəricidir.

"Barselona" tarixində bir mövsümdə daha çox məhsuldar ötürmə verən müdafiəçi isə Daniel Alveşdir. Braziliyalı futbolçu 2011/2022 mövsümündə 11 dəfə buna müvəffəq olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO