Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazandı

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazandı

Hazırda oxunan: Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazandı

72324

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan 29 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə macarıstanlı Kristian Totu məğlub edib.

O, rəqibini qızıl xal bölümündə cərimə xalları hesabına yenməyi bacarıb.

Bu, Azərbaycan yığmasının Avropa çempionatında 3-cü medalı olub. Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO