Avropa çempionatı: Son gündə 3 cüdoçumuz mübarizəyə başlayacaq

Avropa çempionatı: Son gündə 3 cüdoçumuz mübarizəyə başlayacaq

Hazırda oxunan: Avropa çempionatı: Son gündə 3 cüdoçumuz mübarizəyə başlayacaq

72278

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatının sonuncu yarış günündə Azərbaycanın 3 cüdoçusu mübarizəyə qoşulacaq.

Bizim.Media xəbər verir ki, bu gün Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, komandamızın aktivində 2 medal var. Belə ki, 73 kiloqram çəki dərəcəsində yarışan millimizin üzvlərindən Hidayət Heydərov qızıl, Rüstəm Orucov isə bürünc medal qazanıblar.

Xatırladaq ki, Avropa çempionatına Azərbaycan 11 cüdoçu ilə qatılıb.

Turnirdə 40 ölkədən 300-dən çox idmançı iştirak edir.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO