Belarus – Azərbaycan matçı bu ölkədə keçiriləcək

Belarus – Azərbaycan matçı bu ölkədə keçiriləcək

Hazırda oxunan: Belarus – Azərbaycan matçı bu ölkədə keçiriləcək

71876

Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsində Belarusla keçirəcəyi səfər matçının yeri müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, qarşılaşma Serbiyada baş tutacaq. 

Görüş iyunun 6-da Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Qeyd edək ki, UEFA martın 3-də Belarus millisinə və klublarına sanksiya tətbiq edərək, onların ev oyunlarını neytral stadionlarda, tamaşaçısız keçirməsini qərara alıb. Millətlər Liqasında C liqasının III qrupunda Belarus və Azərbaycanla yanaşı, Qazaxıstan və Slovakiya komandaları mübarizə aparacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO