Mariya Stadnik Bakıya qayıtdı - Məşqlərə başladı

Mariya Stadnik Bakıya qayıtdı - Məşqlərə başladı

Hazırda oxunan: Mariya Stadnik Bakıya qayıtdı - Məşqlərə başladı

71859

Azərbaycan qadın güləşçisi Mariya Stadnik Ukraynadan Azərbaycana qayıdıb.

Federasiyanın Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əslən Lvovdan olan 34 yaşlı idmançı ötən həftədən Bakıdadır.

Stadnik artıq milli komanda ilə məşqlərdə iştirak edir.

Qeyd edək ki, 2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO