AFFA rəsmisi UEFA-nın konfransında iştirak etdi

AFFA rəsmisi UEFA-nın konfransında iştirak etdi

Hazırda oxunan: AFFA rəsmisi UEFA-nın konfransında iştirak etdi

71609

Niderlandın Haaqa şəhərində Avropol və UEFA-nın birgə konfransı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirin məqsədi futbolda danışılmış oyunlarla mübarizə üzrə cari çağırışlar və başlıca inkişaf istiqamətlərini müzakirə etmək və məlumatlılığı artırmaq, habelə operativ səviyyədə hüquq-mühafizə orqanları, məhkəmə hakimiyyəti və idmanla maraqlı tərəflər arasında əməkdaşlığı təkmilləşdirmək üçün mövcud iş modellərini və qabaqcıl təcrübələri təqdim etməkdir.

Konfrans futbolda mütəşəkkil cinayətkarlığa və danışılmış oyunlara qarşı mübarizə ilə məşğul olan hüquq-mühafizə, məhkəmə və idman orqanlarının öz görkəmli təcrübələri ilə töhfə verən beynəlxalq ekspertlərini bir araya gətirib.

İclasın əsas mövzusu hüquq-mühafizə orqanları və Futbol Bütövlüyü və Toxunulmazlığının təminatçısı olan digər tərəflər arasında operativ əməkdaşlığın genişləndirilməsi olub.
Mövcud pandemiya məhdudiyyətlərinə görə hibrid formatda keçirilmiş tədbirdə UEFA-nın AFFA-da olan Danışılmış oyunlara qarşı nümayəndəsi Seymur Səlimli də iştirak edib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO