Federasiyadan 15 cüdoçunun zəhərlənməsinə MÜNASİBƏT

Federasiyadan 15 cüdoçunun zəhərlənməsinə MÜNASİBƏT

Hazırda oxunan: Federasiyadan 15 cüdoçunun zəhərlənməsinə MÜNASİBƏT

71508

Azərbaycan Cüdo Federasiyası Göygöl Olimpiya İdman Kompleksində 15 cüdoçunun zəhərlənməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Federasiyasının (ACF) Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumatına görə, 15 yaşadək cüdoçuların təlim-məşq toplanışı aprelin 20-də başlayıb.

30 aprelə qədər davam edəcək təlim məşq toplanışında məqsəd 6 - 8 mayda keçiriləcək 15 yaşadək yeniyetmələrin Azərbaycan birinciliyinə regiondan olan cüdoçuları yüksək səviyyədə hazırlamaq, onların Bakı və Sumqayıtdan olan həmyaşıdları ilə rəqabət səviyyələrini yüksəltməkdir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda yarışa hazırlaşan 15 idmançı ZƏHƏRLƏNDİ


ACF bildirib ki, toplanış üçün Göygöl Olimpiya İdman Kompleksinin seçilməsi təsadüfi deyil:

"İndiyədək federasiyamız adıçəkilən idman kompleksində dəfələrlə müxtəlif yaş qrupları üçün toplanışlar və yarışlar təşkil edib. Göstərilən xidmət həmişə yüksək səviyyədə olub".

Rəsmi açıqlamada vurğulanıb ki, təlimlər zamanı özlərini pis hiss etdiklərindən, bəzi idmançılar müayinə üçün Göygöl rayon xəstəxanasına aparılıblar. Onlara ilkin tibbi yardım gösətrildikdən və hərətəfli müayinə aparıldıqdan sonra idmançılar yenidən Göygöl Olimpiya İdman Kompleksinə qayıdıblar. Həmçinin, onlardan götürülmüş nümunələr test üçün laboratoriyaya göndərilib: "Hazırda idmançıların səhhəti yaxşıdır və sağlamlıqlarına heç bir təhlükə yoxdur. Yeniyetmə cüdoçularımız cari qrafik üzrə məşqlərini davam etdirilər".

ACF onu da qeyd edib ki, Göygöl Olimpiya İdman Kompleksi ilə imzalanan müqaviləyə əsasən, cüdoçuların qidalanmasının qida təhlükəsizliyinə uyğun həyata keçirilməsini qarşı tərəf təşkil edir:

"İdmançılarımızın sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi federasiyamızın ən ümdə vəzifələrindəndir və biz bu məsələyə ən ciddi şəkildə yanaşırıq. Bununla əlaqədar məsələnin tam araşdırılması və idmançıların özlərini pis hiss etmələrinin səbəblərinin müəyyən edilməsi üçün federasiya dövlət orqanları ilə əməkdaşlıq edir. Məsələ ilə bağlı əlavə məlumatlar olduğu halda ictimaiyyəti məlumatlandıracağıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO