Azərbaycanın daha 2 cüdoçusu Avropa Kubokunu qazandı

Azərbaycanın daha 2 cüdoçusu Avropa Kubokunu qazandı

Hazırda oxunan: Azərbaycanın daha 2 cüdoçusu Avropa Kubokunu qazandı

71192

Azərbaycan daha bir cüdoçusu Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kubokunun qalibi olub.

Bizim.Media xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə çıxış edən İmran Yusifov finalda xorvatiyalı Marsel Skaletsi məğlub edərək, qızıl medal qazanıb.

81 kq-da yarışan Hasil Cəfərov və 100 kq-da yer alan Adil Kərimli isə 3-cü yer uğrunda qarşılaşmalarda uduzaraq, medalsız qalıblar.

Beləliklə, Azərbaycan millisi Avropa Kubokunu 5 medalla başa vurub. İmran Yusifovla yanaşı, Zelim Tçkayev (81 kq), İsmayıl İbrahimov (66 kq) və Nəriman Mirzəyev (73 kq) qızıl, Nazir Talıbov (60 kq) isə bürünc medala sahib çıxıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO