Şəhriyar Məmmədyarov bu gün növbəti görüşünü keçirəcək – Son turda uduzmuşdu

Şəhriyar Məmmədyarov bu gün növbəti görüşünü keçirəcək – Son turda uduzmuşdu

Hazırda oxunan: Şəhriyar Məmmədyarov bu gün növbəti görüşünü keçirəcək – Son turda uduzmuşdu

71151

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirəcək.

Bizim.Media xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın üçüncü turunda kanadalı Erik Hansenlə üz-üzə gələcək.

Məmmədyarov ilk iki turda çinli Le Kuanq Lyeyə qalib gəlib, Hindistan təmsilçisi Rameşbabu Praqnanandhaya isə uduzub.

"Oslo Esports Cup" da Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland) və Yan-Kşiştof Duda (Polşa) da iştirak edir.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO